• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fransa səfiri ölkəsinin beynəlxalq normaları pozduğunu ETİRAF ETDİ

SİYASƏT

04 Aprel 2024 | 15:23 | Müəllif: Subhan Mahmudov

Fransa səfiri ölkəsinin beynəlxalq normaları pozduğunu ETİRAF ETDİ

Fransa KTMT üzvü olan Ermənistana texnika tədarük etməklə qadağanı pozan ilk NATO ölkəsidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransanın İrəvandakı səfiri Olivye Dekotti deyib.

O qeyd edib ki, əməkdaşlıq Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçularının və hərbi məsləhətçilərinin həm Ermənistanda, həm də Fransada yenidən hazırlanmasına da aiddir.

"Müdafiə sahəsində biz Ermənistanı dəstəkləyirik ki, özünü müdafiə edə bilsin", - deyə o bildirib.

Qeyd etmək lazımdır ki, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa hər vəchlə regionda sabitliyin və sülhün bərpa olmasına maneə üçün çalışır. Onun Azərbaycana qarşı yürütdüyü siyasətin nə dərəcə saxta olması həm ATƏT-in Minsk Qrupu həmsədrliyi dövründə, həm də 44 günlük Vətən müharibəsində bəlli oldu.

Lakin Fransa başa düşməlidir ki, işğalçı dövlət Ermənistanı "sülhsevər" kimi təqdim edib, ona dəstək olmağın heç kəsə faydası olmayacaq. Nə imici zədələnmiş Fransaya, nə də öz məqsədləri üçün istifadə etdiyi Ermənistana.../trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026