• Bakı 24° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Fransua Olland 67 yaşında ilk dəfə evləndi - FOTOLAR

DÜNYA

08 Iyun 2022 | 12:33

Fransua Olland 67 yaşında ilk dəfə evləndi - FOTOLAR

Fransanın keçmiş Prezidenti Fransua Olland aktrisa sevgilisi Jüli Qaye ilə gizli şəkildə nikah bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “La Montagne” qəzeti yazıb.

Bunun 67 yaşlı Fransua Ollandın ilk rəsmi nikahı olduğu bildirilir. Nikah mərasimi iyunun 4-ü ölkənin Korrez Departamentində baş tutub və cütlük mərasimə qonaq dəvət etməyib.

Qeyd edək ki, F.Olland 1979-cu ildən 2007-ci ilə qədər “Sosialist” partiyasından yoldaşı Seqolen Ruayal ilə vətəndaş nikahında olub. Cütlüyün 4 övladı var. 50 yaşlı aktrisa Jüli Qaye isə 2006-cı ildə həyat yoldaşından boşanıb və iki oğlu var. Olland və Qayenin münasibətdə olduğunu isə 2014-cü ildə “Closer” jurnalı yaymışdı.


Fransua Olland 67 yaşında ilk dəfə evləndi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026