• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

G7 ölkələri Qətərdə görüşəcək

DÜNYA

25 Aprel 2024 | 10:17

G7 ölkələri Qətərdə görüşəcək

Yeddilik Qrupu (G7) ölkələrinin iyunda İsveçrədə keçiriləcək Ukrayna sülh konfransından öncə Qətərdə görüşü olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb .

Məlumata görə, dünyanın müxtəlif ölkələrindən milli təhlükəsizlik müşavirləri və yüksək səviyyəli rəsmilər Rusiya-Ukrayna münaqişəsinin həlli şərtləri ilə bağlı sammit planlarını müzakirə etmək üçün 27-28 aprel həftəsonu Dohada görüşəcəklər.

Agentliyin qeyd etdiyi kimi, G7 və qondarma “Qlobal Cənub” nümayəndələrinin görüşü İsveçrədə sammit üçün zəmin hazırlayan danışıqlar raundunun bir hissəsidir.

Qətərin paytaxtında keçiriləcək görüşün iştirakçılarının siyahısı hələ təsdiqlənməyib, lakin Rusiya dəvət olunmayıb və Çinin iştirak edib-etməyəcəyi bəlli deyil.

Öz növbəsində, Ukraynanın müttəfiqləri Pekinin Moskvaya təsir gücünə malik olduğundan, sammitin uğuru üçün ÇXR-in iştirakını vacib hesab edirlər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024