• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gədəbəy sakinindən 8 kiloqram narkotik götürüldü - FOTO

HADİSƏ

30 Avqust 2022 | 11:30

Gədəbəy sakinindən 8 kiloqram narkotik götürüldü - FOTO

Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə,  polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Söyüdlü kənd sakini Arzu Süleymanovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 8 kiloqrama yaxın olan narkotik - çətənə aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını cari ilin may ayında əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Gədəbəy sakinindən 8 kiloqram narkotik götürüldü - FOTOGədəbəy sakinindən 8 kiloqram narkotik götürüldü - FOTOGədəbəy sakinindən 8 kiloqram narkotik götürüldü - FOTOGədəbəy sakinindən 8 kiloqram narkotik götürüldü - FOTOGədəbəy sakinindən 8 kiloqram narkotik götürüldü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026