• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Gəncədə 11 yataqxana binası qəzalı vəziyyətdədir

CƏMİYYƏT

06 Mart 2024 | 10:20

Gəncədə 11 yataqxana binası qəzalı vəziyyətdədir

Gəncə şəhərində 11 yataqxana binası qəzalı vəziyyətdədir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Qeyd olunub ki, Bakı, Gəncə və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının texniki cəhətdən təhlükəlilik vəziyyətinə görə prioritetləşdirməklə tərtib edilmiş siyahılar üzrə görüləcək tədbirlərin sistemləşdirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış işçi qrupu tərəfindən təkliflərin hazırlanması ilə bağlı işlər aparılır.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncədə 1525 mənzili olan 18 ədəd yataqxana binasından 768 mənzili olan 11 yataqxana binasına baxış keçirilib və onların texniki cəhətdən qəzalı vəziyyətdə olduğu barədə müvafiq aktlar tərtib edilərək həmin siyahıya daxil edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026