• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gimnastlarımız Romada qızıl medal qazandılar

İDMAN

16 Iyul 2023 | 13:10 | Müəllif: Subhan Mahmudov

Gimnastlarımız Romada qızıl medal qazandılar

İyulun 14-də İtaliyanın Roma şəhərində bədii gimnastika üzrə “Rome cup” beynəlxalq turnirinə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, yarışda Azərbaycanı “Ocaq” Sport klubunun 12 gimnastı təmsil edir.

Paytaxtla yanaşı, klubun Zaqatala bölməsinin 2 gimnastı da yarışlarda qüvvəsini sınayır. Gimnastlarımızdan Nilay Pünhanlı (alətsiz, top), Nərgiz Əliyeva (alətsiz, top), Mişel Aniskina (alətsiz, top), Aylin Yusifli (alətsiz, top), Fatimə Zeynalova (halqa) bütün rəqiblərini üstələyərək qızıl medallar qazanıblar.

Bildirilib ki, Zaqatala təmsilçisi Leyla Həsrətova da ona bəslənilən ümidləri doğruldaraq iki qızıl medal (alətsiz, gürzlər) qazanmağa müvəffəq olub.

Sara Atakişiyeva isə gürzlərlə qızıl, topla bürünc medala sahib çıxıb. Komandanın daha bir üzvü Mələk Mahmudlu gürzlərlə hərəkətlərin icrasında bürünc medal əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026