• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gömrükdə külli miqdarda metamfetamin aşkarlanıb

CƏMİYYƏT

23 Fevral 2026 | 09:35 | Müəllif: Zeynəb Rzayeva

Gömrükdə külli miqdarda metamfetamin aşkarlanıb

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, narkotik vasitə "Sədərək" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsində aşkar olunub. "X-ray" stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib.

    Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paketdə ümumilikdə təmiz çəkisi 5 kiloqram 254,397 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.


    Gömrükdə külli miqdarda metamfetamin aşkarlanıbGömrükdə külli miqdarda metamfetamin aşkarlanıbGömrükdə külli miqdarda metamfetamin aşkarlanıb
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026