• Bakı 17° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Göyçay İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin işi üzrə məhkəmə istintaqı bitdi

CƏMİYYƏT

24 Yanvar 2023 | 14:23

Göyçay İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin işi üzrə məhkəmə istintaqı bitdi

Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürov və sabiq icra başçısının köməkçisi Vahid İsayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakimlər Bilal Məmmədov və Nahid Mirzəyevin sədrliyi ilə keçirilən proseslərdə son olaraq sənədlərin tədqiqi mərhələsi aparılıb.

Bununla da məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçıları çıxış üçün vaxt istəyib.

Növbəti proseslər fevralın 6-a təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunublar.

Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham olunan sabiq vəzifəli şəxslər sonradan ev dustaqlığına buraxılıblar.

Hazırda onların işi ayrı-ayrılıqda araşdırılır. /APA


SON XƏBƏRLƏR

24 Aprel 2024