• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gözlənilən maaş, pensiya artımı bahalaşmanı əvəz edəcəkmi? - AÇIQLAMA

CƏMİYYƏT

21 Oktyabr 2021 | 10:18

Gözlənilən maaş, pensiya artımı bahalaşmanı əvəz edəcəkmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, oktyabrın 16-da Tarif Şurası qaz və işığın qiymətini artırdı. 

Həmçinin Prezident İlham Əliyevin oktyabrın 16-da imzaladığı sərəncamda hökumətə gələn ilin dövlət büdcəsi layihəsində maaşlar və digər artımların təmin edilməsi üçün təkliflər hazırlamaq tapşırılıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovun sözlərinə görə, "pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər gələn il 20-40% artırıla bilər". 

Maraqlıdır, pensiya və əməkhaqlarına gözlənilən artım, kommunal xərclərə edilən artımın əvəzini çıxa biləcəkmi? 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Bakıvaxtı.az-a bildirib ki, bu artımlar şəksiz ki, ortalama götürəndə kommunal xərclər qiymətinə uyğun olacaq, hələ bir az da çox olacaq: 

"Suala birmənalı cavab vermək çətindir. Çünki istehlak həcmi fərqlidir. Məsələn, bu, ailənin tərkibindən, mənzilin istilik təchizatının olub-olmamasından və s. bır sıra faktorlar var ki, onlardan asılıdır. Ola bilər ki, üç nəfərlik ailənin elektrik enerjisi və təbii qaz istehlakı daha çox olar, nəinki, beş nəfərlik ailənin. Yəni məsələn, olar ki, biri özəl bir mənzildə yaşayır və orda mərkəzi istilik sistemi yoxdursa, kombi aparatından istifadə edirsə, təbii qaza ehtiyacı çox olacaq. Ona görə də birmənalı demək olmaz. Bu artımlar şəksiz ki, ortalama götürəndə kommunal xərclər qiymətinə uyğun olacaq, hələ bir az da çox olacaq". 

Nuranə Daxilqızı


Gözlənilən maaş, pensiya artımı bahalaşmanı əvəz edəcəkmi? - AÇIQLAMA
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR