• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Güclü külək Sumqayıtda fəsadlar törətdi

HADİSƏ

10 Sentyabr 2023 | 14:53 | Müəllif: Subhan Mahmudov

Güclü külək Sumqayıtda fəsadlar törətdi

Güclü külək Sumqayıtda bir sırsa fəsadlar törədib.

Bakıvaxtı.az xəbər verir ki, şəhərin Nizami küçəsində iri gövdəli qovaq ağacı yola aşıb, nəticədə avtomobillərin hərəkətində maneələr yaranıb.

Şəhərin 20-ci məhəllə adlanan ərazisində isə şam ağacı işıq dirəyinin üstünə aşıb, nəticədə mənzillərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Güclü külək Çerkassi küçəsində də fəsad törədib. Belə ki, iri ağac gövdəsindən qopub. Lermontov küçəsində isə söyüd ağacı avtomobilin üzərinə aşıb.

Hadisələrin baş vrdiyi ərazilərə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehalsat Birliyinin Yaşıllaşdırma idarəsinini əməkdaşları cəlb edilib, ağaclar doğranaraq ərazidən daşınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026