• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Güləşçimiz dünya çempionatında bürünc qazandı

İDMAN

20 Avqust 2024 | 22:37 | Müəllif: Subhan Mahmudov

Güləşçimiz dünya çempionatında bürünc qazandı

Azərbaycan güləşçisi Əmrah Əmrahov (48 kq) İordaniyanın Amman şəhərində davam edən U-17 dünya çempionatında bürünc medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, təmsilçimiz 1/8 finalda ukraynalı Boqdan Makarovetsi 3:1 hesabıyla üstələyərək yarışa qələbə ilə başlayıb.

Lakin o, 1/4 finalda iranlı Armin Şamsipourhacıya uduzaraq (0:8) qızıl medal qazanmaq şansını itirib.

Əmrahov təsəlliverici görüşdə bolqarıstanlı Kaloyan İvanova heç bir şans tanımayaraq (9:0) bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb. Güləşçimiz bu mərhələdə qazaxıstanlı Yedige Toleutayevi də 3:1 hesabıyla üstələyərək dünya üçüncüsü olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026