• Bakı 19° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Günəş tutulması başa çatdı - YENİLƏNİB

CƏMİYYƏT

25 Oktyabr 2022 | 17:02 | Müəllif: Qalib İbrahimoğlu

Günəş tutulması başa çatdı - YENİLƏNİB

İlin ikinci Günəş tutulması başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, saat 12:58-də başlayan tutulma hadisəsi saat 17:02-də sona çatıb. Tutulmanın maksimumu saat 15:00-da olub. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edib. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunub.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə edilib. Bakıda tutulma hadisəsi 13:59-da başlayıb və 16:30-da sona çatıb. Tutulmanın maksimumu saat 15:17-də olub.

***

12:58

İlin ikinci Günəş tutulması başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Bakı Dövlət Universitetindən bildirilib. Universitetin Astrofizika kafedrasından verilən xəbərə görə, bu tutulma qismən Günəş tutulmasıdır.

Saat 12:58-də başlayan tutulma hadisəsi saat 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59-da başlayacaq və 16:30-da sona çatacaq. Tutulmanın maksimumu 15:17-də olacaq.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR