• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Gürcüstanda alpinisti ildırım vurub öldürdü

DÜNYA

12 Avqust 2024 | 23:23 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda alpinisti ildırım vurub öldürdü

Gürcüstanın Svaneti bölgəsinin Şxelda dağının zirvəsində, dəniz səviyyəsindən 3800 metr yüksəklikdə alpinisti ildırım vurub.

Bakıvaxtı.az xəbər verir ki, alpinistlər zirvəyə qalxarkən güclü yağış və tufana düşüblər. Onlardan Arçil Badriaşvilini ildırım vurub. Çətin şəraitdə qalan üç alpinist isə xilasedicilər tərəfindən təxliyə olunublar.

Gürcüstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar idarəsinin əməkdaşları bu gün həlak olmuş alpinistin cəsədini taparaq aidiyyəti üzrə təhvil veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026