• Bakı 18° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Gürcüstanda ümumi tətil elan edildi

DÜNYA, CƏMİYYƏT

15 Yanvar 2025 | 17:35 | Müəllif: Gülşən Şərif

Gürcüstanda ümumi tətil elan edildi

Gürcüstanda "Gürcüstan tətil edir!" şüarı altında işəgötürənlərin və işçilərin bir qismi tətil elan edib.

Bakıvaxtı.az "InterPress.ge"yə xəbər verir ki, ümumrespublika xəbərdarlıq tətili 3 saat davam edəcək. 

Bu aksiyaya şirkətlər, universitetlər, ictimai iaşə obyektləri və digər biznes qrupları qoşulub.

Tətil çərçivəsində bir çox obyekt artıq bağlanıb, işçilər isə küçələrə çıxıb. Tətil iştirakçıları etirazlarını "Yeni seçkilər tələb edirik", "Rejim məhbuslarına azadlıq" kimi müxtəlif şüarlarla ifadə ediblər.

Etiraz aksiyasının məqsədi Gürcüstanın təcrid şəraitində hansı vəziyyətə düşə biləcəyini cəmiyyətə göstərməkdir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026