• Bakı 29° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Hacıqabulda açıq ərazidə yanğın söndürüldü - VİDEO + +YENİLƏNİB

HADİSƏ

10 Iyun 2026 | 21:26

Hacıqabulda açıq ərazidə yanğın söndürüldü - VİDEO + +YENİLƏNİB

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib. 


17:43

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hacıqabul rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub:

"Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. Əlavə məlumat veriləcək".

***

16:30

Hacıqabul rayonunda açıq ərazidə yanğın başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə oxu.az-a məlumat daxil olub.

Yanğının səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, aidiyyəti quruma sorğu ünvanlanıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyul 2026