• Bakı 18° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Hamilə qadın xəstəxanaya polis maşını ilə çatdırılır - VİDEO

CƏMİYYƏT

26 Yanvar 2023 | 14:45

Hamilə qadın xəstəxanaya polis maşını ilə çatdırılır - VİDEO

Sumqayıtda hamilə qadın yolda köməksiz vəziyyətdə qalıb.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə bir neçə gün öncə Novxanı-Sumqayıt yolunda qeydə alınıb. Ətrafda yaşayan sakinlər restoranlardan birinin qarşısında polis avtomobili ilə başqa bir avtomobilin dayandığını və oradan qışqırıq səsləri gəldiyini bildiriblər.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətindən bildirilib ki, hadisə axşamı yolda xidmət aparan DYP maşınına bir avtomobil yaxınlaşıb. Sürücü maşındakı hamilə qadına kömək lazım olduğunu bildirib. Bundan sonra polis əməkdaşları qadını xidməti avtomobilə əyləşdirərək təcili xəstəxanaya çatdırıblar.

Məlumata görə, qadın Sumqayıt doğum evinə vaxtında çatdırılıb və o, sağlam doğuş edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026