• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Hansı əsl Putindir? - FOTOLAR

DÜNYA

22 Mart 2023 | 10:10

Hansı əsl Putindir? - FOTOLAR

Rusiya lideri Vladimir Putin kaskadyorlardan istifadə edir? Maraqlı iddia ilə Ukrayna daxili işlər nazirinin müşaviri Geraşenko çıxış edib. Putinin Mariupol səfərindən fotoları paylaşan Geraşenko görüntülərdəki şəxsin Putinin dublyoru olduğunu iddia edib.

Bakıvaxtı.az xəbər verir ki, o, müxtəlif tarixlərdə 3 foto paylaşaraq diqqətçəkən iddia ilə çıxış edib. Ukrayna daxili işlər nazirinin müşaviri Putinin kaskadyorlardan istifadə etdiyini iddia edib.

Rusiya ilə Ukrayna arasında bir ildən artıqdır davam edən müharibədə ötən həftə diqqətəlayiq bir inkişaf baş verdi. Rusiya prezidenti Vladimir Putin gərgin təhlükəsizlik tədbirləri altında ilk dəfə olaraq müharibə başlayandan bəri münaqişənin ən şiddətli olduğu Mariupol bölgəsinə gedib. Yerli hökumət və bölgə əhalisi ilə təmasda olan Putinin foto və videoları yeni müzakirələrə səbəb olub.

Bu ilin əvvəlində Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri Kirilo Budanov Putinin bənzərlərindən istifadəsinin sui-qəsd cəhdi riskini azaltdığını iddia edərək, Putinin ən azı üç bənzərindən istifadə etdiyini iddia edib.

Aytac Aslan


SON XƏBƏRLƏR