Bulaq sularından qidalanan, suvarma su mənbəyi kimi təsərrüfatda istifadə olunan, turizm məkanı Çənlibel gölü hasara alınıb.
Bakıvaxtı.az xəbər verir ki, Quba rayonunun mərkəzindən təxminən 14 km. məsafədə yerləşən, sıx Qəçrəş meşəlikləri və dağlarla əhatə olunan Çənlibel gölü ətrafı özəlləşdirilib.
Gölün sahili, dağlar, yaşıllıqlar hasarlanıb, istirahət mərkəzləri tikilib və tikilməkdə davam edir.
Gölün ətrafında sərin və təmiz hava var. Təəssüf olsun ki, istirahət mərkəzləri yaşıllıqları məhv edir və çirkli suları Çənlibel gölünə axıdır. Hazırda gölün sahilində hotel tikilib. Burada tikinti işləri davam edir.
Karantin rejiminin şərtləri və COVİD pasportu ilə əlaqədar olaraq daxili turizmə önəm verən vətəndaşların təbiətin nemətindən istifadə etməsi üçün istirahət mərkəzlərindən icazə almalıdır.
Ramid İbrahimov
Fotolar müəllifindir




















