• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Heç kim Azərbaycanla hədə və təhdid dili ilə danışa bilməz

SİYASƏT

29 Avqust 2024 | 17:30

Heç kim Azərbaycanla hədə və təhdid dili ilə danışa bilməz

 “Təəssüflə qeyd etmək lazımdır ki, Şvabe kimi şəxslər hələ də Azərbaycanın yaratdığı reallığı qəbul etmək istəmirlər”.

Bunu Bakıvaxtı.az-a VI çağırış Milli Məclis deputatı Ceyhun Məmmədov Almaniya Parlamentinin üzvü Frank Şvabe və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun Azərbaycanla bağlı səsləndirdikləri qərəzli fikirlərə münasibət bildirərkən deyib.

Məmmədovun sözlərinmə görə, Şvabe və Stano kimiləri öz ambisiyalarına o qədər uyublar, qərəz, ədalətsizlik gözlərini o qədər bağlayıb ki, həqiqətləri görməzdən gəlirlər:

"Azərbaycana qarşı bu cür ittihamlar səsləndirmək açıq-aşkar qərəzdir. Əgər Şvabe düşünürsə ki, Azərbaycana qarşı davamlı çıxışlar edəcək və Bakı buna loyal yaşanacaq, o yanılır. Şvabe kimi Ermənistanın təbliğatçıları, ruporları anlamalıdırlar ki, Azərbaycanın öz mövqeyi var. Dövlətimiz prinsipialdır, ölkə rəhbəri qətiyyətlidir. Cənab Prezident öz mövqeyini hər zaman qəti şəkildə bəyan edib”.

Müsahibimiz qeyd edib ki, Avropa Şurası ədalətdən uzaq, Azərbaycanı davamlı ittiham edən, Ermənistanın müdafiəçisi rolunu oynayan, qərəzin, kin-kidurətin gözünü kor etdiyi bir təşkilatın Azərbaycanda keçiriləcək seçkiləri obyektiv müşahidə etməsi qeyri-mümkündür. Dediyinə götə, bu müşahidənin nəticəsi o olacaq ki, AŞPA Azərbaycanın uğurunu qəbul etməyəcək. Seçkilərə kölgə salmağa, Azərbaycanın nüfuzunu azaltmağa çalışacaq:

“Avropa Şurası bugünədək bir dəfə də olsun haqqın, ədalətin yanında olmayıb. 30 il ərzində Azərbaycan torpaqları işğal altında oldu, vətəndaşlarımız soyqırıma məruz qaldı. O zaman AŞPA kimi qurumlar, Şvabe kimi şəxslər haradaydı? Niyə bu məsələlərə münasibət bildirmir, reaksiya vermirdilər?"

C.Məmmədov əlavə edib ki, Azərbaycanı bu kimi məsələlərdə ittiham etmək qəbuledilməzdir:

"Azərbaycan haqlı yoldadır. Bakı çox çalışdı ki, Avropa ölkələri ilə, təsisatları ilə sıx əməkdaşlıq etdi. Təəssüf ki, Avropanın bəzi qurumları Azərbaycanla əməkdaşlıqdan imtina etdilər və əleyhimizə fəaliyyət göstərməyə başladılar. Ona görə də Azərbaycanın yanaşması və atdığı addımlar doğrudur. Heç kim bizimlə hədə və təhdid dili ilə danışa bilməz, bizi nəyəsə məcbur edə bilməz. Azərbaycan Ermənistan deyil. Azərbaycan güclü və qürurlu dövlətdir. Xalqımız öz rəhbərinin ətrafında sıx birləşib".

Qeyd edək ki, Almaniya Parlamentinin üzvü Frank Şvabe Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək, Azərbaycanın Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib. Həmçinin, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib, ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirib.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano da bənzər ittihamları gündəmə gətirib.

Aydın Baxış


SON XƏBƏRLƏR

13 Sentyabr 2024