• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Həftə sonunadək gözlənilən hava açıqlanıb

CƏMİYYƏT

16 Iyul 2025 | 15:58

Həftə sonunadək gözlənilən hava açıqlanıb

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, atmosfer təzyiqi tədricən yüksəlsə də, temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-38, bəzi yerlərdə 40 dərəcəyə yaxın, Naxçıvan MR, eyni zamanda Aran rayonlarında 36-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.


SON XƏBƏRLƏR