• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Hər zaman Azərbaycanla bir yerdəyik" - Fuad Oqtay

CƏMİYYƏT

27 Yanvar 2023 | 12:46

"Hər zaman Azərbaycanla bir yerdəyik" - Fuad Oqtay

"Biz hər zaman Azərbaycanla bir yerdəyik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay tviterdə yazıb.

"Hücum zamanı həlak olan mühafizəçiyə Allahdan rəhmət diləyirik. Onun ailəsinə və Azərbaycan xalqına başsağlığı verirəm. Allah yaralılara şəfa versin. Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu pisləyirəm", - F.Oktay bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026