• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Hillari Klintonun şalvarının sirri: 27 il əvvəl baş verən HADİSƏ 

CƏMİYYƏT

07 Sentyabr 2022 | 11:41

Hillari Klintonun şalvarının sirri: 27 il əvvəl baş verən HADİSƏ

Hər zaman şalvar geyinməsi ilə tanınan ABŞ-ın keçmiş birinci xanımı Hillari Klinton 1990-cı illərdə Braziliya brendinin ondan icazə almadan ətəyindən alt paltarı görünən fotosundan istifadə etdikdən sonra kostyum geyinməyə başladığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 1993-2001-ci illərdə ABŞ prezidenti olan Bill Klintonun həyat yoldaşı Klinton sözügedən fotonun Braziliyaya səfəri zamanı divanda oturarkən çəkildiyini bildirib.

Sözügedən fotonun 1995-ci ildə Braziliya jurnallarında dərc olunan "Duloren" alt paltarı markasının reklamında istifadə edildiyi bildirilib.

Klinton bu hadisədən sonra şalvar-gödəkçə kostyumları geyinməyə başladığını və bunun da onun “imzasına” çevrildiyini bildirib.

74 yaşlı Klintonun keçən həftə qatıldığı İtaliyada keçirilən Venesiya Film Festivalında açıq yay paltarının altına "ehtiyat" olaraq tayt geyindiyi öyrənilib.

Aytac Aslan 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026