Hindistanın Madhya Pradeş ştatında yanacaqla dolu tanker aşıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, ən azı 25 nəfər yaralanıb. 8 nəfərin vəziyyəti ağırdır.
Məlumata görə, tanker aşandan sonra partlayış baş verib. Yaralıların müalicə üçün xəstəxanalara aparıldığı qeyd olunub.
Nuranə Daxilqızı
















