• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İcbari Tibbi Sığortada bəzi müayinələr pulsuz olacaq - VİDEO

CƏMİYYƏT

14 May 2024 | 07:34 | Müəllif: Gülşən Şərif

İcbari Tibbi Sığortada bəzi müayinələr pulsuz olacaq - VİDEO

“İcbari Tibbi Sığorta hesabına 2021-2023-cü illər ərzində 8 100-dən çox koronar şuntlama əməliyyatı icra olunub”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Baku TV-yə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Leyla Lətifova bildirib.

“Ürəyin işemik xəstəliyinin diaqnozu elektrokardioqrama, exokardioqrama, müəyyən laborator müayinələr, qanın testi, tredmill testləri İcbari Tibbi Sığorta paketində var və bu müayinələr üçün ödəniş etməyə ehtiyac yoxdur. Eyni zamanda vətəndaşın xəstəxanada yatış dövründə qidalanması da İcbari Tibbi Sığorta hesabına qarşılanır. Əgər vətəndaş 12 yaşa qədər uşaqdırsa, onu müşayiət edən şəxsin də qidalanması sığortaya daxildir”, - deyə o qeyd edib.

Ətraflı süjetdə:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026