• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

İki aydır Azərbaycanın ipək ixracı dayanıb

İQTİSADİYYAT

22 Mart 2025 | 15:17 | Müəllif: Gülşən Şərif

İki aydır Azərbaycanın ipək ixracı dayanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 35,36 min ABŞ dolları dəyərində ipək idxal edilib.

Dövlət Gömrük Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, idxaldan fərqli olaraq, ötən iki ayda ixrac baş tutmayıb.

Qeyd edək ki, Azərbaycanın əsas, aparıcı ipək istehsalçısı “Azəripək” MMC-nin daxil olduğu "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilib. Elə bu səbəbdən, ötən ilin dekabrından ölkədə ipək istehsalı dayandığından ixrac baş tutmayıb.

Onu da bildirək ki, "Azəripək" MMC həmçinin, öz təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrildiyini elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR