• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İlham Əliyevin Bişkekdə rəsmi qarşılanma mərasimi oldu

SİYASƏT

11 Oktyabr 2022 | 14:43

İlham Əliyevin Bişkekdə rəsmi qarşılanma mərasimi oldu

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bişkekdəki Ala-Arça dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın və Qırğızıstan Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Qırğızıstan Dövlət himnləri səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.


İlham Əliyevin Bişkekdə rəsmi qarşılanma mərasimi oldu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026