• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İmran Xanı güllələyən şəxs danışdı

DÜNYA

03 Noyabr 2022 | 19:49 | Müəllif: Subhan Mahmudov

İmran Xanı güllələyən şəxs danışdı

Pakistanın keçmiş baş naziri İmran Xanın mitinqində ona atəş açan şəxs Xanın insanları aldatdığını hesab etdiyi üçün onu öldürmək istədiyini deyib.

Bakıvaxtı.az xəbər verir ki, "Dawn" qəzeti onun sözlərindən sitat gətirib:

"Mən yalnız İmran Xanı öldürmək istəyirdim, başqa heç kimi" .

Şübhəli şəxs təkbaşına hərəkət etdiyini də bildirib.

Bundan əvvəl İmran Xanın partiyasının tərəfdarlarının yürüşü zamanı atışma zamanı ayağından yaralandığı bildirilirdi.

Tədbir zamanı naməlum şəxs Xanın olduğu avtomobilə atəş açıb. Polisin məlumatına görə, atəş açan şəxs saxlanılıb.(publika)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026