• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

İngiltərə və Ukraynadan Rusiyaya XƏBƏRDARLIQ

DÜNYA

19 Noyabr 2024 | 11:02

İngiltərə və Ukraynadan Rusiyaya XƏBƏRDARLIQ

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi və onun ukraynalı həmkarı Andrii Sibiha Rusiya ilə Ukrayna arasında davam edən müharibənin 1000-ci günündə Rusiyanın təcavüzünə qarşı müqavimət göstərməyə çağırıblar.

Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, ortaq mətbuat konfransında açıqlama verən həmkarlar Rusiyanın Ukraynaya hücumlarının 1000 gündür davam etdiyini vurğulayaraq birlikdə hərəkət etmək əzmində olduqlarını təkrarlayıblar:

"Sabah Putinin Ukraynaya vəhşicəsinə, tammiqyaslı işğalının 1000-ci günüdür. Həftə sonu biz Ukraynaya avqust ayından bəri ən böyük hava hücumu ilə ən son vəhşiliyi gördük. Hadisə nəticəsində onlarla mülki şəxs ölüb və yaralanıb".

Ukraynanın Rusiyaya qarşı müqavimətinin İngiltərə və Avropanın təhlükəsizliyi üçün də əhəmiyyətli olduğunu vurğulayan Lemmi qeyd edib ki, Putin uğursuzluğa düçar olmasa, fəth müharibələri geri qayıdacaq.

Əli Hüseynov

 

 


SON XƏBƏRLƏR

18 Aprel 2025