• Bakı 28° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İntiqam Babayev vəzifəsindən AZAD EDİLDİ

SİYASƏT

14 Aprel 2025 | 17:45 | Müəllif: Əli Hüseynov

İntiqam Babayev vəzifəsindən AZAD EDİLDİ

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri işdən çıxarılıb.

Bakıvaxtı.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, İntiqam Babayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib. Bu barədə qurumun yeni sədri Rüfət Mahmud müvafiq əmr imzalayıb.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, İntiqam Babayev 2023-cü ilin yanvar ayından sözügedən vəzifəyə gətirilib. Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri olub. İ.Babayev 21 il gənclər və idman nazirinin müavini vəzifəsində çalışıb.

Xatıradaq ki, bu ilin fevral ayında Rüfət Nahid oğlu Mahmud "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026