• Bakı 16° C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Səfir: Türkiyə-Azərbaycan əlaqələri humanitar sahəni də əhatə edir

SİYASƏT

14 May 2025 | 15:04

Səfir: Türkiyə-Azərbaycan əlaqələri humanitar sahəni də əhatə edir

Türkiyə Maarif Vəqfi və “T3 Vəqfi”nin ortaq əməkdaşlığı ilə Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin “Gənclik kampusu”nda yaradılmış “Bilim Maarif” atelyesinin açılış mərasimi keçirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Səfirliyin əməkdaşları və digər qonaqlar iştirak edib.

Əvvəlcə iştirakçılar məktəbin azyaşlılardan ibarət "Texnofest" komandasının hazırladığı robotexnika vasitələri ilə tanış olub. Qonaqlara nümayiş etdirilən cihazlarla bağlı ətraflı məlumat verilib, bu komandanın ölkəmizi Türkiyədə keçirilən "Texnofest" yarışmasında təmsil etdiyi diqqətə çatdırılıb.

Daha sonra qonaqlar mərkəzin azyaşlı müdavimlərinin təlim prosesinin izləyiblər.

Tədbirdə bildirib ki, Türkiyə Maarif Vəqfi 55 ölkədə fəaliyyət göstərərək, elm və təhsil prosesinə dəstək verir.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əlaqələrin olduğunu və bunun qardaşlıq münasibətləri ilə daha da möhkəmləndiyini vurğulayıb.

"Türkiyə ilə Azərbaycan arasında əlaqələr siyasi, iqtisadi və eneji sahələri ilə məhdudlaşmır, eləcə də humanitar sahəni əhatə edir. Həm Türkiyə Maarif Vəqfi, həm də "T3" Vəqfi dünyanın bir sıra ölkələrində ortaq layhələr həyata keçrir. Mən bu atelyenin açılışını yüksək qiymətləndirirəm və prosesdə əməyi keçən hər kəsə təşəkkür edirəm", - diplomat qeyd edib.

Tədbir Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin şagirdlərinin hazırladığı bədii hissə ilə davam etdirilib.


SON XƏBƏRLƏR