• Bakı C

    6.19 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

İranda etirazlarda ölənlərin sayı 36-ya çatdı

DÜNYA

07 Yanvar 2026 | 10:37

İranda etirazlarda ölənlərin sayı 36-ya çatdı

İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 36 nəfərə çatıb. Ölənlərdən 34 nəfəri etirazçı, 2 nəfər isə təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Ölənlər arasında yaşı 18-dən aşağı olan 4 nəfər var.

27 vilayətdə davam edən etirazlarda 2000-dən çox insan həbs olunub.

İranın Abdanan şəhərinin etirazçılar tərəfindən ələ keçirilməsi İran mediası tərəfindən təkzib olunub. Hazırda Abadan şəhərində asayişin təmin olunduğu bildirilir.
 


SON XƏBƏRLƏR

07 Yanvar 2026