• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İranda koronavirusdan ölüm sayı 77 minə yaxınlaşır

DÜNYA

15 May 2021 | 17:54

İranda koronavirusdan ölüm sayı 77 minə yaxınlaşır

İranda son sutka ərzində 200 nəfər koronavirusdan dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 76 633 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 7723 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 2 739 875-ə yüksəlib.

Məlumatda, həmçinin 5396 nəfərin ağır vəziyyətdə olduğu, 2 210 851 nəfərin isə xəstəlikdən sağaldığı qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026