• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İranda sel nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb

DÜNYA

05 Yanvar 2022 | 19:13 | Müəllif: Subhan Mahmudov

İranda sel nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb

Yanvarın 3-də İranın cənubunda baş verən sel fəlakəti nəticəsində ölənlərin sayı doqquza yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Milli Böhran İdarəetmə Mərkəzinin rəisi İsmayıl Nəccar məlumat verib.

Məlumata görə, təbii fəlakət nəticəsində Fars əyalətində 5, Kirmanda 2, Sistan-Bəlucistan əyalətində 2 nəfər olmaqla, toplam 9 ölkə vətəndaşı həyatını itirib.

Şiddətli yağışların ölkə üzrə 101 şəhər və 309 bölgəyə mənfi təsir göstərdiyi bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR