İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Əlireza Tanqsiri, İslam Respublikasının dənizdə hərbi əməliyyata hazır olmasının lazım olduğunu deyib.
Bakıvaxtı.az xəbər verib ki, bu məlumatı Mehr dərc edib.
Admiral hesab edir ki, İranın düşmənləri onlara qarşı zəifdir, lakin onları qiymətləndirməmək olmaz: "İran Hərbi Dəniz Qüvvələrinin daha güclü və ayıq olması lazımdır. İİKK-nın (İslam İnqilabı Keşikçiləri Korpusu) dəniz keşikçiləri düşmənlərlə mübarizədə dənizdə İran xalqının maraqlarını qorumağa hazır olmalıdırlar".
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















