• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsa Həbibbəyliyə yeni vəzifə verildi

SİYASƏT

28 Oktyabr 2024 | 15:11

İsa Həbibbəyliyə yeni vəzifə verildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyliyə yeni vəzifə verilib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, o, Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru vəzifəsinə gətirilib.

Baş redaktor Azərbaycan Milli Ensiklopediyasının məzmununa, elmi səviyyəsinə, materialların vaxtında hazırlanmasına ümumi rəhbərliyi həyata keçirir. O, həmçinin nəşrdə veriləcək məqalələrin hazırlanmasına yüksək ixtisaslı alim və mütəxəssislərin cəlb olunmasını təmin edir, nəşrlə bağlı sözlüklərin və metodiki vəsaitlərin müzakirəsini həyata keçirir, habelə onları təsdiq edir, həmçinin məqalə və materialların elmi səviyyəsini müəyyən edir, vaxtında hazırlanmasını təmin edir.

Qeyd edək ki, İsa Həbibbəyli əvvəllər Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin müavini olub. Əvvəllər Baş redaktor vəzifəsini isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026