BMT-nin baş katibi Antoni Quterreş İsrailin UNRWA məktəbinə hücumu nəticəsində 6 əməkdaşın öldüyünü açıqlayıb.
Bakıvaxtı.az bu barədə quruma istinadla xəbər verir.
Quterreş "X" hesabından mesaj paylaşıb:
"Qəzzada baş verənlər tamamilə qəbuledilməzdir”.
O, İsrailin sığınacağa çevrilən və təxminən 12 min nəfərin yerləşdiyi məktəbə hava hücumu təşkil etdiyini vurğulayıb. Qeyd edilib ki, İsrailin hücumu nəticəsində BMT-nin 6 əməkdaşı həlak olub.
Qeyd edək ki, Qəzza zolağındakı Mülki Müdafiə Departamentindən verilən açıqlamada Əl-Cauni məktəbinə hücumda ölənlər arasında qadın və uşaqların olduğu, 18 nəfərin öldüyü, həmçinin 18 nəfərin yaralandığını bildirib.
Əli Hüseynov