"İsrail və Amerikanın İrana qarşı hərbi təcavüzü BMT Nizamnaməsi, beynəlxalq hüququn və NPT-nin açıq şəkildə pozulmasıdır və bütün Qərbi Asiya regionunda təhlükəsizlik və sabitlik üçün görünməmiş təhdiddir".
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu Çinin Tianjin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşü zamanı İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Tərəflər görüşdə iki qonşu ölkə arasında ikitərəfli münasibətlər, əməkdaşlıq və davam edən müntəzəm məsləhətləşmələrin gedişatını nəzərdən keçiriblər.
Əraqçi İranın Pakistanla qardaşlıq əlaqələrində hərtərəfli inkişafın müsbət trayektoriyasını davam etdirməyə sadiq olduğunu vurğuladı və Tehranın İslamabadla ikitərəfli əlaqələri, xüsusilə iqtisadi və ticarət sahələrində genişləndirməyə hazır olduğunu bildirib. O, həmçinin Pakistanın İrana qarşı təcavüzü pisləmək, Pakistan hökuməti və xalqının göstərdiyi həmrəyliyə görə qəti və prinsipial mövqelərini yüksək qiymətləndirib.
Gülşən Şərif