• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İsti havada qapalı məkanda maska taxmaq hansı problemlər yarada bilər?

CƏMİYYƏT

28 Fevral 2022 | 10:27 | Müəllif: Qalib İbrahimoğlu

İsti havada qapalı məkanda maska taxmaq hansı problemlər yarada bilər?

Havalar isinir, artıq maska taxmaq bir çoxları üçün çətin olur. Xüsusilə isti havada qapalı məkanda maska taxmaq xroniki xəstəliyi olan insanları çox narahat edir. İsti havalarda qapalı məkanlarda maska taxmaq problem yarada bilər?

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, əgər maskalardan düzgün istifadə olunsa, heç bir problem yaranmaz: “Birdəfəlik istifadə üçün olan cərrahi maskalar əzilir, çirk yığa bilir. Ona görə, hər dəfə dəyişməsək də, 2-3 istifadədən sonra dəyişilməlidir. Əgər maska səliqə ilə istifadə olunsa, bir neçə dəfə istifadə oluna bilər. Amma təlimarla bir dəfə istifadə olunduqdan sonra atılmalıdır”.

Həkimin sözlərinə görə, N95 dediyimiz filterli maskaları da bir neçə dəfə istifadə etmək olar: “Amma bu maskaları çox uzun müddət istifadə etdikdə hipoksiya yarada bilər. Əslində, hipoksiyanı bütün maskalar yarada bilər, amma bu maskalar daha çox yaradır. Çünki bu maskalarda olan filter oksigeni və digər virusları da keçirmir”.

İnfeksionist bildirib ki, ümumiyyətlə, düzgün istifadə olunduqdan sonra maskanın hər hansı fəsad törətmək ehtimalı yoxdur.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026