• Bakı 26° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İtaliyada qar uçqunu oldu - Ölən var

DÜNYA

05 Mart 2024 | 00:43 | Müəllif: Subhan Mahmudov

İtaliyada qar uçqunu oldu - Ölən var

İtaliyanın əsasən şimal bölgələrində davam edən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, son günlərdə yağan güclü qar səbəbindən dağlıq ərazilərdə uçqun təhlükəsi hazırda 3 bal qiymətləndirilir. Venetoda dağlıq ərazilərə iki metrdən çox qar yağıb. Piedmont, Liquriya və Vezuvioda qar uçqunu təhlükəsi ilə bağlı xəbərdarlıq olunub. Cənubi Tirolda 16 yaşlı yeniyetmə qar uçqunu nəticəsində ölüb. O, Cənubi Tirolda son günlərdə ikinci qar uçqunu qurbanıdır.

Bəzi regional əhəmiyyətli yollar torpaq sürüşməsi təhlükəsi səbəbindən müvəqqəti bağlanıb. Ölkənin şimal-qərbindəki Aosta vadisi bölgəsində Rhemes-Notre-Dame qəsəbəsində sakinlər və turistlər də daxil olmaqla, 80-dək insan təxliyə edilib. Qar uçqunu təhlükəsi səbəbindən Qran Paradiso bölgəsində yerləşən bələdiyyələrə gedən yolun bağlanması nəticəsində 2000-dək insanla əlaqə kəsilib. Korniqliya qəsəbəsinin 130 sakini torpaq sürüşməsi təhlükəsi səbəbindən təxliyə olunub.

Əlverişsiz hava şəraiti ilə əlaqədar ölkənin 13 bölgəsində sarı xəbərdarlıq elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026