• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ukraynada vəziyyət kritikdir, ABŞ təcili qərar verməlidir

DÜNYA

03 Aprel 2024 | 22:16 | Müəllif: Subhan Mahmudov

Ukraynada vəziyyət kritikdir, ABŞ təcili qərar verməlidir

ABŞ-dan Ukraynaya yardımın gecikdirilməsi döyüş meydanında öz mənfi nəticəsini göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

"ABŞ-ın Ukraynaya daha çox dəstək vermək qərarını hər gün gecikdirməsi döyüş meydanında öz nəticələrini verir. Ukraynalıların döyüş sursatı məsələsində ləng olmasının və sayca ukraynalılardan daha çox silah və sursata sahib ruslarla döyüşməkdə çətinlik çəkmələrinin səbəblərindən biri də budur", - baş katib bildirib.

O, ABŞ-ın Ukraynaya əlavə dəstək barədə qərar verməsinin təcili olduğunu bildirib. O əmindir ki, ABŞ Konqresi konkret qərar qəbul etməyə qadirdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026