• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İtaliyadan xəbərdarlıq: "Britaniya ştammı" gənclərə daha çox təsir edir

DÜNYA

04 Mart 2021 | 00:02

İtaliyadan xəbərdarlıq: "Britaniya ştammı" gənclərə daha çox təsir edir

İtaliyada koronavirusa görə tətbiq edilən qadağalar uzadılıb.

Bakıvaxtı.az "Anadolu” agentliyinə istinadən məlumat verir ki, bu qərarı fevralın 13-də hakimiyyətə gələn Baş nazir Mario Draqi verib.

O, COVID-19 və onun daha yoluxucu növləri ilə mübarizə aparmaq üçün yeni fərman verərək, mövcud sərt tədbirləri əlavə tədbirlərlə yeniləyib və karantin müddətini 6 aprelə qədər uzadıb.

Buna əsasən, çox yüksək riskli (qırmızı) zona elan edilən yerlərdə bütün məktəblərdə distant təhsil tətbiq ediləcək.

6 mart tarixindən etibarən qırmızı sahələrdə ticarət mağazaları, gözəllik salonları, bərbərxanalar açılmayacaq.

İtaliya Səhiyyə naziri Robert Spenza koronavirusun “Britaniya ştamı”nın gənclərə daha çox təsiri barədə xəbərdarlıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026