• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İtkin düşən 2 yeniyetməni axtarırdılr, 7 meyit tapdılar

DÜNYA

02 May 2023 | 14:19

İtkin düşən 2 yeniyetməni axtarırdılr, 7 meyit tapdılar

ABŞ-ın Oklahoma ştatında təhlükəsizlik qüvvələri itkin düşən iki yeniyetməni axtardıqları evdə və ərazidə 7 nəfərin cəsədini tapıblar.

Bakıvaxtı.az xəbər verir ki, Okmulgee əyalətinin polis rəisi Eddi Rays verdiyi açıqlamada itkin düşən iki gənci tapmaq üçün bir evdə və onun ərazilərində axtarış aparıblar.

Axtarış zamanı 7 cəsəd tapdıqlarını deyən Raysın sözlərinə görə, cəsədlər arasında 14 yaşlı Ayvi Webster və 16 yaşlı Brittany Brewerin də cəsədləri ola bilər: "Axtardığımız insanları tapdığımıza inanırıq. İtkinlərin axtarışını yekunlaşdırdıq".

Rays cəsədləri tapılan insanların ölüm səbəblərini açıqlamasa da, onların arasında cinsi istismara görə məhkum olunmuş və axtarış aparılan evdə yaşayan Cessi MakFaddenin də olduğunu bildirib.

Səlahiyyətlilər itkin düşmüş Webster və Brewerin sonuncu dəfə MakFaddenlə birlikdə səyahət edərkən görüldüyünü bildiriblər.

Qeyd edək ki, məhkəmə mənbələrinə əsasən, 2003-cü ildə zorlama və azyaşlılarla cinsi əlaqədə olmaq ittihamı ilə həbs edilən MakFadden 2020-ci ilin oktyabrında azadlığa buraxılıb.

Digər tərəfdən, yerli televiziya kanalına danışan Brittani Breverin atası tapılan cəsədlər arasında qızının meyitinin də olduğunu təsdiqləyib.

Qızının həftə sonu McFadden ailəsi ilə vaxt keçirdiyini deyən ata bazar günü evə dönməli olan Britanninin o gündən itkin düşdüyünü bildirib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026