• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İtkin düşən biznesmenin meyiti tapıldı

CƏMİYYƏT

12 Dekabr 2022 | 13:53

İtkin düşən biznesmenin meyiti tapıldı

Hacıqabul rayonunda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

Bakıvaxtı.az  xəbər verir ki, dekabrın 8-i axşam saatlarında rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Fərhad oğlu Məmiyev itkin düşüb. Hacıqabul şəhərində yaşadığı mənzili tərk edən 36 yaşlı iş adamı bir daha geri qayıtmayıb.

Dekabrın 11-i günorta saatlarında Z.Məmiyevin meyiti sahibi olduğu və Ağacanlı kəndində yerləşən fermanın ərazisində asılmış vəziyyətdə aşkar edilib.

Onun özünü asaraq intihar etdiyi bildirilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026