• Bakı 19° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

"KamAZ" mikroavtobus və avtomobillə toqquşdu - xəsarət alanlar var 

HADİSƏ

16 Aprel 2024 | 16:53

KamAZ mikroavtobus və avtomobillə toqquşdu - xəsarət alanlar var 

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb. Qazax istiqamətində hərəkətdə olan mişar daşı yüklü "KamAZ"la "Mercedes Vito" markalı mikroavtobus və "Mercedes" markalı minik maşını toqquşub.

    Nəticədə 1974-cü il təvəllüdlü Cavahir İsmayıl qızı İsmayılova və 1976-cı il təvəllüdlü Zaur Aydın oğlu Cabbarlı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər. Hadisə zamanı yük maşını aşıb, yolun hərəkət hissəsinə mişar daşı töküldüyündən hərəkət nisbətən məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.APA


    SON XƏBƏRLƏR

    20 Sentyabr 2024