• Bakı 26° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Keçmiş "Hamburq"lu "Kəpəz"də çıxış edə bilər

İDMAN

04 Iyul 2023 | 15:33

Keçmiş "Hamburq"lu "Kəpəz"də çıxış edə bilər

Yeni mövsümə hazırlaşan “Kəpəz”in heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, transfer çalışmalarını davam etdirən Gəncə təmsilçisi heyətini şimali makedoniyalı oyunçu ilə gücləndirməyi planlaşdırır.

Qərblilər Valmir Nafiunun keçidi ilə bağlı ilkin razılıq əldə edib. Tərəflər müqavilənin maliyyə məsələsində də razılığa gəlsə, 29 yaşlı hücumçu Misli Premyer Liqasında forma geyinəcək.

Nafiu “Şkendiya”da başladığı ötən mövsümü Slovakiyanın “Koşitse” klubunda başa vurub. O, bunadək “Bazel”, “Hamburq”, APOEL, “Skenderbeu”, “Renova” klublarında da oynayıb.

Qeyd edək ki, 2022/23 mövsümündə “Şkendiya”da 10, “Koşitse”də 12 çempionat matçı keçirib. Nafiu bu oyunlarda qol vurmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026