• Bakı 18° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Keçmiş vəzifəli şəxs elektron qolbaqdan azad edildi

Gündəm

19 Aprel 2024 | 10:16

Keçmiş vəzifəli şəxs elektron qolbaqdan azad edildi

Ali Məhkəmədə Şəmkirdə dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Həsənağa İsmayılovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bakıvaxtı.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib, məhkuma elan edilmiş ittihamdan Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi, həmçinin Şəmkir Rayon Məhkəməsinin çıxardığı hökmündən Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə dair müddəalar xaric edilib. Cinayət Məcəlləsinin 80-1-ci maddəsi tətbiq edilməklə ona həmin Məcəllənin 178.2.3-cü maddəsi ilə təyin edilən 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasından azad edilib.

Qeyd: Rəsmi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının əməkdaşı İsmayılov Həsənağa İsmayıl oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Şəmkir rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının Sosial sığorta sektorunun baş məsləhətçisi işləmiş İsmayılov Həsənağa İsmayıl oğlunun Şəmkir rayonu, Bayramlı kənd sakini Məmmədova Aynurə Vahid qızına ünvanlı sosial yardım düzəldərək əvvəlcədən aralarında razılaşdıqları kimi təyin edilmiş ünvanlı sosial yardımın 6 aylıq ödənişi miqdarında olan 1200 manat pulu hissə-hissə olmaqla rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (Dələduzluq-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) və 32.4, 312.1-ci (Rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR