• Bakı 11° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Keratinli saç düzləşdirici məhsullar qadağan edilə bilər 

DÜNYA

01 Iyun 2024 | 15:17 | Müəllif: Gülşən Şərif

Keratinli saç düzləşdirici məhsullar qadağan edilə bilər

ABŞ Qida və Dərman İdarəsi (FDA) saç düzləşdirici vasitələrdə formaldehidin istifadəsini qadağan etmək üçün plan hazırlamağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, keratin saç düzümü, bir neçə ay ərzində hamar saçlara nail olmağa imkan verən mütəxəssislər tərəfindən həyata keçirilən bir prosedurdur. Bu məqsədlə istifadə edilən məhsullar ABŞ və digər ölkələrdə kanserogen kimi tanınan bir maddə olan formaldehiddir.

Son araşdırmalar saç düzləşdirici məhsulların döş, yumurtalıq və uşaqlıq yolu xərçəngi riskini artıra biləcəyini göstərdi. Bəzi ekspertlər bu təsiri saç məhsullarındakı digər maddələrlə əlaqələndirirlər: ftalatlar, parabenlər və hormonları poza bilən digər maddələr. Qaradərili qadınlar xüsusilə həssasdırlar: sorğular göstərir ki, ABŞ-də onların 84-95%-i saç düzləşdirici vasitələrdən istifadə edir.

Son araşdırmaları nəzərə alaraq, FDA tərkibində formaldehid olan və ya qızdırıldıqda formaldehidə çevrilə bilən kimyəvi düzəldicilərin qadağan edilməsi planı təklif edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026