• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

“Kişi” kimi qeydiyyatda olan  qadına yeni vəsiqə veriləcək

CƏMİYYƏT

31 Yanvar 2023 | 11:10

“Kişi” kimi qeydiyyatda olan  qadına yeni vəsiqə veriləcək

İmişli rayonunda uzun illərdir “kişi” kimi qeydiyyatda olan Bilqeys Əhmədovaya yeni şəxsiyyət vəsiqəsi veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, B.Əhmədovanın şəxsiyyət vəsiqəsində müvafiq dövlət qurumu tərəfindən yol verilmiş texniki xəta aradan qaldırılacaq: “Vətəndaş Əhmədova Bilqeyis Cəmil qızına aid şəxsiyyət vəsiqəsində texniki xəta nəticəsində qeyd edilən məlumatlar artıq yenilənib. Vətəndaşa yeni şəxsiyyət vəsiqəsinin verilməsi təmin ediləcək”.

Qeyd edək ki, 8 övladı olan qadın 2005-ci ildə şəxsiyyət vəsiqəsini yeniləmək üçün İmişli rayon Polis Bölməsinə müraciət edib. Şəxsiyyət vəsiqəsi hazır olanda isə maraqlı durumla qarşılaşıb. Qadının vəsiqəsinin dəyişdirilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunur ki, ailə üzvləri də onu tapa bilmirlər.


SON XƏBƏRLƏR

28 Mart 2024