• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Yelisey Sarayından Makronun istefa xəbərlərinə münasibət - YENİLƏNİB

DÜNYA

11 Iyun 2024 | 14:57

Yelisey Sarayından Makronun istefa xəbərlərinə münasibət - YENİLƏNİB

Yelisey Sarayı Prezident Emmanuel Makronun istefa verə biləcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Bakıvaxtı.az "Europe 1" radiosuna istinadən xəbər verir ki, Prezidentin Ofisi yayılan xəbərləri təkzib edib.

    ***

    11:09

    Fransa Prezidenti Emmanuel Makron sağçıların Avropa Parlamentinə seçkilərdə uğur qazanması fonunda istefa vermə ehtimalını nəzərdən keçirir.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Europe 1" radiostansiyası bildirib.

    "Europe 1"in xəbərinə görə, istefa məsələsini Prezident Makron özünün həmsöhbətlərindən biri ilə müzakirə edib.

    "Prezidentin istefası tabu deyil. Bəli, bu gün biz bütün ssenariləri nəzərdən keçirməliyik. O, beş illik səlahiyyət müddətinin sonunu qurban verməyə hazırdır", - Prezidentə yaxın mənbə bildirib.

    "Europe 1" əlavə edir ki, bu, açıq-aydın üstünlük verilən variant olmasa belə, Prezidentin istefası perspektivi qarşıdan gələn seçkiləri dramatikləşdirmək üçün kampaniyaya xidmət edə bilər.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024