• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Kiyev yenidən F-16 üçün Qərbə müraciət etdi

DÜNYA

07 May 2023 | 19:42 | Müəllif: Subhan Mahmudov

Kiyev yenidən F-16 üçün Qərbə müraciət etdi

Bundesverin (Almaniya ordusu) baş müfəttişi, general Karsten Broyer ilə görüşümdə tərəfdaşlarımızın Ukraynanı F-16 təyyarələri ilə təmin edəcəklərinə ümid etdiyimi bildirdim. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib.

"Bundesverin baş müfəttişi, general Karsten Broyeri bu həftə Ukraynada rəsmi səfərdə görməyə şad oldum. Konstruktiv söhbətimiz oldu. Ona cəbhədəki vəziyyəti təsvir etdim və təhlükəsizlik qüvvələrinin hazırlığından danışdım. Almaniyanın artıq göstərdiyi hərbi yardıma görə təşəkkür etdim: "IRIS-T" zenit-raket kompleksləri, "Gepard" özüyeriyən zenit artilleriya qurğuları, "Leopard" tankları və digər silahlar...",- o bildirib.

Zalujnı görüşdə vurğulayıb ki, gələcəkdə bütün tərəfdaşlar düzgün qərar verərək Ukraynanı "F-16" təyyarələri ilə təmin edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026